Bloq › Statik və vizual

Çatdırılma gözləmədən: kitab telefonunda

4 dəq oxu · bildimki komandası ·

Çap kitabı sifariş olunur, çatdırılmanı gözləyir, sonra evdə stolun üstündə qalır. Hazırlıq da stolun arxasında keçən vaxtla məhdudlaşır. Vizual kitab başqa cür işləyir: alındığı an telefonda və kompüterdə açılır, ayrıca tətbiq yükləmək lazım deyil.

Qısa vaxt da hazırlıqdır

Gün ərzində 10–15 dəqiqəlik boşluqlar çoxdur: yol, növbə, dərslər arası fasilə. Bu vaxtda bütöv fəsil oxunmur, amma bir qayda və onun tapşırıqları bitir. Qısa və tez-tez təkrar uzun, nadir oturumdan daha yaxşı yadda qalır — və bunun üçün kitabın cibdə olması lazımdır.

  • Yolda — bir qaydanı oxu.
  • Fasilədə — həmin qaydanın tapşırıqlarını həll et.
  • Axşam — gün ərzində səhv etdiyin tapşırıqlara qayıt.

Bəs kağız?

Kağızda oxumağı sevən çoxdur və bu normaldır. Vizual kitab kağızı əvəz etmək üçün deyil — onun etmədiyi işi görmək üçündür: tapşırığı yoxlamaq, izahı göstərmək, hər an yanında olmaq.

Növbəti yazılar

Bütün yazılar →